AZ

Etibar Bədəlova hökm oxundu

Qısqanclıq zəminində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Etibar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Etibar Bədəlov 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, hadisə ötən il iyulun 17-də baş verib. Təqsirləndirilən Etibar Bədəlov həyat yoldaşı Aytən Bədəlovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.

    O, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə təqsirli bilinib.

    Seçilən
    21
    2
    bakivaxti.az

    3Mənbələr