AZ

Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.

Bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur:

 “Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək”.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
23
49
banco.az

10Mənbələr