AZ

Suriyanın yenidən qurulması bizim səmimi gözləntimizdir - Ərdoğan

Bakı, TurkicWorld

Terrordan təmizlənmiş Suriyanın qurulması Türkiyənin səmimi gözləntisidir.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, D-8 Təşkilatının Qahirədə keçirilən 11-ci Zirvə Toplantısında çıxış edərək bir sıra vacib məsələlərə toxunub.

Ərdoğan, görüşün açılışında qeyd edib ki, qlobal sülhə ehtiyac duyulmaqdadır, lakin artan münaqişələr, böhranlar və müharibələr şəraitində qlobal təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan qurumlar vəzifələrini lazımi şəkildə yerinə yetirmirlər.

Ərdoğan, D-8 Təşkilatının imkanlarından daha səmərəli istifadə edilməsi və xüsusilə kiçik və orta sahibkarlıq (KOS) sektorunun dəstəklənməsi yönündə irəliləyişlərin vacibliyini vurğulayıb. Misirin Preferensial Ticarət Sazişini təsdiqləməsinin, bu sazişi daha geniş çərçivədə həyata keçirməyə imkan verəcəyini qeyd edib. O, həmçinin dünyanın ən böyük aviasiya və kosmos festivalı olan TEKNOFEST-in ən az inkişaf etmiş ölkələri də cəlb etməklə, qlobal ədalət və inkişafa töhfə verməyi hədəflədiklərini bildirib.

Prezident, təşkilatın daha da genişlənməsini və təsir dairəsinin artırılmasını önə çəkərək, Azərbaycanın D-8 Təşkilatına üzv olmasının təşkilatın gücünü artırdığını vurğulayıb və Azərbaycanı Təşkilata üzv olmasından ötəri salamlayıb.

Suriyadakı vəziyyətə də toxunan Ərdoğan, Suriyanın sabitliyinin təmin edilməsinə töhfə verməyə çalışdıqlarını bildirib. O, bütün dini, məzhəb və etnik qrupların sülh içində yaşadığı,. Ərdoğan, Suriyanın ərazi bütövlüyünün vacib olduğunu və Türkiyənin bu çətin mübarizədə Suriyanın yanında olduğunu bəyan edib.

phrase_var_article.chosen
33
turkic.world

1phrase_var_article.sources