Rusiya Prezidenti Vladimir Putin ölkənin Kursk vilayətində NATO texnikasının ən böyük “qəbiristanlığı”nın yerləşdiyini istisna etməyib.
“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə böyük mətbuat konfransında danışıb.
Belə ki, o, aparıcının müvafiq cümləsinə “Ola bilər” deyə cavab verərək razılaşıb.
Onun sözlərinə görə, Kursk vilayətində Ukrayna ordusunun vurulan zirehli texnika sayı 2023-cü ildə bütün təmas xəttində vurulanlardan daha çoxdur.
Xatırladaq ki, avqustun 6-sı səhər saatlarında Ukrayna ordusu Rusiyanın Kursk vilayətində əməliyyat keçirib. Nəticədə Ukrayna Silahlı Qüvvələri Kurskda çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda sözügedən istiqamətdə döyüşlər davam etdirilir.