AZ

Pirşağı qəsəbə sakininin 31 baş qoyunu oğurlandı

Sabunçu rayonu ərazisində baş vermiş oğurluqla bağlı polisə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla dekabrın 16-da Pirşağı qəsəbəsində yaşayan şəxsin 9300 manat dəyərində 31 baş qoyununun oğurlandığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı C.Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
11
3
bizim.media

6Mənbələr