“Prezident Ermənistanın silahlandırılmasının sülhə açıq təhdid olduğunu dedi. Verilən hücum silahları Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə sövq edir. Ermənistanın silahlandırılması, regionda yeni eskalasiyaya gətirib çıxaracağı mümkün görünür”.
Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə Prezident İlham Əliyevin Rusiya mediasına müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı bildirib.
“Prezident İlham Əliyev Paşinyanla Kazanda iki təklifin Ermənistan tərəfindən qəbul edildiyini qeyd etdi. Paşinyanın son günlər sülh iddialarına Prezident İlham Əliyev tutarlı və arqumentli cavab verərək, Ermənistanın sülhdə maraqlı olmadığını ortaya qoydu. Göründüyü kimi, İrəvan sülhdən imtina edir. Birinci, Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmır. İkinci, Avropa İttifaqının yarım hərbi mülki missiyasıni sərhəddən geri çəkmir. Halbuki, Kazanda bununla bağlı razılıq əldə olunmuşdu.
Amma, Ermənistan sürətlə silahlanır və masada qalan bəndləri yerinə yetirmir, üstəlik sülhdən danışır. Demək olar ki, Fransa İrəvanı sülhdən yayındırır. Ermənistan silahlanıb, əlavə şərtlər irəli sürərsə, Azərbaycan tərəfi preventiv addımlar ata bilər”-deyə Preziden bir daha bəyan edib.
Politoloq bildirib ki, Prezident öz müsahibəsində Azərbaycanın aydın mövqeyini ortaya qoyub.
“Prezident müstəqil siyasət apardığını və xarici təzyiqlərin neytrallaşdırılmasının vacibliyini vurğuladı. Bununla da Fransa və digər ölkələrə aydın mesaj vermiş oldu”.