EYNİ NADİR ŞTAAMM İKİ FƏRQLİ MATERİKDƏ
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ABŞ-ın Luiziana ştatında bir şəxs quş qripi ilə xəstəxanaya yerləşdirilib, bu ölkədə insanlarda H5N1 virusuna ilk yoluxma halıdır.
Luiziana Səhiyyə Departamentinin sözçüsü Emma Herrok, “Xəstənin H5N1 infeksiyası ilə əlaqəli ağır tənəffüs xəstəliyi var və hazırda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib” deyə açılama verib.
Xəstənin virusa quş ətindən yoluxduğu güman edilir.
Herrock, xəstənin 65 yaşı olduğunu qeyd edib. Amma jurnalistlərin simptomlarla bağlı sualını cavablamayıb.
Eyni tarixdə başqa materikdə, Avstraliyada bu yaxınlarda Hindistandan Avstraliyaya qayıdan uşaqda yüksək patogenli quş qripi A(H5N1) clade virusu aşkar edilib.