AZ

Ov icazələri onlayn verilə bilər

“Bu il ov mövsümünün hələ də açılmaması ölkə ərazisində aparılan heyvan və quş növlərinin sayğı nəticələri ilə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, hazırda mütəxəssislər tərəfindən araşdırma və monitorinqlər davam edir.

A. Babayeva, həmçinin əhali arasında onlayn ov icazəsinin tətbiqinə marağın az olduğunu açıqlayıb. Onun sözlərinə görə, vətəndaşlar onlayn formada icazədən daha çox “ASAN” xidmət mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verirlər.

Qurum rəsmisi deyib ki, gələcəkdə onlayn ov icazəsinin tətbiqinin həyata keçirilməsi də nəzərdə tutulub.

phrase_var_article.chosen
22
5
qafqazinfo.az

6phrase_var_article.sources