AZ

Ayxan Abbasov: “Vurduğumuz qolda mənə görə ofsayd yox idi”

Bu gün Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” (0:1) matçı baş tutdu.

Futbolpress.az xəbər verir ki, meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov oyundan sonra fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Üzücü məğlubiyyət oldu. Ümumən bu mövsüm son dəqiqələrdə buraxdığımız qollarla ya məğlub olmuşuq, ya da xal itirmişik. Elə “Turan Tovuz”la oyunumuzun son dəqiqəsində qapımıza təyin edilən penalti ilə nəticələnən qol bizi qələbədən etmişdi. Bu gün də son dəqiqə qolu ilə 1 xalı əldən verdik. Qismət… Futbolçularım xarakter göstərdi, vuruşdu. “Qarabağ”ın gücünü bilirik, amma bəlkə də bəzi epizodlarımızdan istifadə etsətdik, xal qazana bilərdik. Oyunçularımın performansı çox yaxşıdır. Bunu davam etdirmək lazımdır. Əlbəttə, çətin situasiyadayıq. 3 gündən bir oyun, ayrıca heyətimizin geniş olmaması işimizi çətinləşdirir. Təəssüf… Ofsayd səbəbiylə ləğv edilən qolumuzda, doğrusu, ofsayd xətti mənə müəmmalı qaldı. Xətt çəkilir və heç nə deyə bilmirik. Amma, məncə, şübhəli məqamdır. Çəkilişdən düzgün istifadə etmirlər, ya bilmirəm nədir. Lakin indi baxdım, mənə görə ofsayd yox idi. Yolumuza davam edib, qarşıdakı görüşə hazırlaşacağıq.

– Cəlal Hüseynovdan başqa razılaşdığınız futbolçu var?

– Xeyr. Bu dəqiqə Cəlalın transferini demək olar ki, bitirmişik. Onu tanıyırıq. Milliyə namizəd futbolçudur. Ümumən axtarışlarımız davam edir. İndi yerli oyunçu tapmaq çox çətindir. Klublar öz futbolçularını buraxmaq istəmir. Fəqət ola bilsin ki, hansısa komandada az vaxt alan yerli futbolçu transfer edək. Bu günə kimi daha çox legionerlərə baxırıq. Komandadan ayrılan futbolçulara görə boş mövqelərimiz var. Onların yeri mütləq doldurulacaq.

– Leroy Mikelsə təkliflər olduğu deyilir. Onu itirməkdən qorxmursuz?
– Bura gəlməzdən 2 il əvvəl Leroyu izləyirdim. Əvvəlki komandama da dəvət etmək istəmişdim, sadəcə alınmamışdı. Potensiallı oyunçudur. Klubla hələ müqaviləsi var. Onun üçün hansı komanda müraciət edərsə, oturub fikirləşmək olar. Yaya qədər hansısa futbolçumuzu itirmək istəmirik. Hər biri mənim üçün önəmlidir. Heyətimə də bildirmişəm ki, bu mövsüm qarşılarına məqsəd qoyub, karyeralarındakı pik nöqtəyə çatsınlar. Leroy kimi futbolçunu Azərbaycan çempionatına qazandırmaq və iddialı klubların diqqətində olmasına sevinirəm.

– Həm Edqar, həm Rüfət, həm Rauf, həm də Arsen olsun. Bu gün Premyer Liqada, məncə, digər komandalarda şans qazana bilməzdilər. Edqar “Şamaxı”nın yetirməsidir. Potensiallı oyunçudur. Aşağı millilərimizdə çıxış edib. Şans veririk. Əlbəttə, çox çalışmalıdır. Desək ki, hər şey yaxşıdır, yalan demiş olarıq. Biz də bunun üçün çalışırıq. Edqarın performansında çox irəliləyiş var.
Bu gərgin matçdan 3 gün sonra daha bir oyununuz var.

– Üç gün sonra “Sabah”la matçınız var. Fiziki cəhətdən komanda üçün çətin olmayacaq?

– Onsuz da qış fasiləsinə gedirik. Bütün komandalar yorğundur. Futbolçular istirahət etmək istəyir. Futbolçularıma inanıram. Bilirəm ki, “Qarabağ”dan sonra “Sabah”a qarşı oynamaq çox çətindir. Amma bunun öhdəsindən gələcəyimizə inanıram.

Seçilən
16
futbolpress.az

1Mənbələr