AZ

Colani Suriyada ABŞ-ın dəstəklədiyi terrorçuları hədələdi- iki yolları var, üçüncüsü yoxdur...

Image

ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalında işğal etdiyi bölgələrdən çıxarılması üçün geri sayım başladı. 

Türkiyə və onun dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) Ayn əl-Ərəbdə (Kobani) genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazırlaşdığı barədə xəbərlərin ardından “Heyet Tahrir Eş-Şam” (HTŞ) lideri Əbu Məhəmməd əl-Colani də PKK-ya qarşı döyüşə hazır olduqlarını bildirib. 

Colani YPG-nin işğalı altında olan Haseke və Rakka ilə bağlı 2 variantın olduğunu deyib.

"Haseke və Rakka üçün iki həll yolu var, üçüncü yoxdur; ya geri çəkiləcəklər, ya da hərbi əməliyyat başlayacaq. Hərbi əməliyyat olacaqsa, biz hazırıq. Amma qan tökülməməsi üçün gözləyirik" deyə Colani bildirib. 

Qeyd edək ki, “The Wall Street Journal” qəzeti ABŞ-ın yüksək rütbəli məmurlarına istinadən bildirib ki, Türkiyə və onun müttəfiqi olan hərbi qruplar Suriya sərhədi yaxınlığında hərbi qüvvə toplayırlar. Qeyd edilir ki, Ankaranın Amerikanın Suriyada dəstəklədiyi PKK/PYD-nin əlində olan torpaqlara genişmiqyaslı hücumu hər an başlaya bilər.

TAHİR





Seçilən
17
baki-xeber.com

1Mənbələr