AZ

Azərbaycanda 92 yaşlı nənəni işə saldılar: 78 min borc, həbs

Azərbaycanda 92 yaşlı vətəndaş dələduzların qurbanı olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə zərərçəkənin qohumu sosial şəbəkələrdə yazıb.

Adını anonim saxlayan şəxs bildirib ki, nənəsinin adına şirkət açılıb və 78 min manatdan çox vergi borcu var:

“Deməli, 2 il əvvəl nənəmin xəbəri olmadan onun adına şirkət yaradılıb. Bu gün bizə vergidən məktub gəlib ki, nənəmin vergiyə 78 325 manat borcu var. Ödəməyi tələb edirlər. Nənəmi əmtəəsiz əməliyyat apardığına görə riskli vergi ödəyicisi kimi qeydiyyata alıblar, onun ölkədən giriş-çıxışına və əmlakına həbs qoyublar. Nənəm 4 ildən çoxdur ki, skleroz xəstəsidir, yəni evdə heç kimi tanımır, yaddaş itkisi var. Hətta mənim özümü, anamı belə tanımır. Ölkədən getməyinə məhdudiyyət qoyulmasına etirazımız yoxdur, çünki evden bayıra çıxa bilmir, amma əmlakına həbs qoyulmağı problemlidir. Nənəmin 92 yaşı var”.

Sosial şəbəkə istifadəçiləri isə qeyd edib ki, yaşlı qadının adına onlayn etibarnamə verilmədən, bu, mümkün ola bilməz.

Qeyd olunub ki, qadının xəstə olması barədə tibbi arayışlar və keçirdiyi əməliyyatlara dair sənədlər varsa, şirkət üçün aparılmış əməliyyatlar etibarsız sayılacaq və bu işdə əli olanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, vətəndaşların xəbəri olmadan adına şirkət açılması faktı ilk deyil. Daha əvvəl də dəfərlərlə oxşar hallar baş verib.

Dövlət Vergi Xidməti belə olan halda vətəndaşlara ilk olaraq Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə yaxınlaşaraq “Asan İmza” ilə bağlı əməliyyatları dayandırmağı və hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edir.

Olke.az

Seçilən
13
1
hurriyyet.az

2Mənbələr