AZ

Kobud qayda pozuntularına yol verən sürücülər barəsində protokollar tərtib edilib - Foto

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
 
Bu barədə Azreform.info -a DİN-in Mətbuat xidmətindən bildirilib.
 
Sonuncu tədbir zamanı Sumqayıt şəhərində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb onlara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə məlumat verilib.
 
Şəhər ərazisində keçirilən profilaktik tədbirlərin davamı olaraq avtomobili spirtli içkinin təsiri altında idarə edən, kobud qayda pozuntularına, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən və sürücülük hüququ olmadan sükan arxasına əyləşən sürücülər də yol polisləri tərəfindən aşkar olunublar. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.
 
Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Seçilən
9
6
azreform.info

10Mənbələr