AZ

Azərbaycan millisinin üzvü: "Şans həmişə var"

Azərbaycan millisinin üzvü Zamiq Əliyev Sportal.az saytına açıqlama verib.

Albaniyada "Eqnatiya" klubunda legioner həyatı yaşayan Əliyev yığma komandamızın DÇ-2026-nın təsnifat mərhələsindəki şanslarını dəyərləndirib.

Onun sözlərinə görə millimiz bu qrupda sona qədər mübarizə aparacaq:

"Əlbəttə ki, şans həmişə var. Çətin rəqiblər olmasına baxmayaraq, milli komanda olaraq əlimizdən gələnin artığını etməyə çalışacağıq. Çünki yaxşı nəticə qazanacağımıza inanıram. Rəqiblərin yaxşı komandalar olduğunu düşünürəm. Biz də yaxşı komandayıq və əminəm ki, ilk oyundan son oyuna qədər uğurlu nəticə üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan millisi Ukrayna və İslandiya ilə eyni qrupda yer alıb. Sonuncu komanda isə Millətlər Liqasında Fransa-Xorvatiya görüşünün qalibi olacaq.

 

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr