AZ

Azərbaycanda tibbi turizmi necə inkişaf etdirmək olar? (ŞƏRH)

"Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəkləri ilə bağlı təklifi dəstəkləyirəm. Çox yaxşı bir qərardır".
 
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Ekspert burada məqsədin tibbi məqsədlər üçün ölkəyə xaricdən gələn turistlərə əlavə stimulun verilməsidir:
 


"Biz bilmirik ki, Azərbaycan tibbi dünyada nə qədər nüfuzludur. Türkiyə, İsrail, Almaniya, Rusiya insanların tibbi ehtiyaclarını ödəmək üçün üz tutduqları ölkələrdir. Əslində, tibbi turizm, təhsil turizmi, iş turizmi və s. bunlar turizmin mühim növləridir. Azərbaycan tibb sahəsini inkişaf etdirə bilsə, bu ölkəyə böyük tibbi turizm axınına gətirib çıxarda bilər. Amma ölkə tibbinin vəziyyəti hamıya bəllidir. Söhbət burada qiymətlərin baha olmasından getmir. Biz deyirik ki, qiymətləri aşağı salıb əlavə turistlər cəlb edəcəyik. İlk növbədə tibbin özünün keyfiyyətini artırmaq lazımdır ki, sonradan bu kimi nüanslar da tibbi turizmin inkişafına gətirib çıxatsın".

Xalid Kərimli hesab edir ki, bəzi ölkələr, xüsusən Yunanıstan, İspaniya, İtaliya, Türkiyə və s. öz ümumdaxili məhsullarında ciddi sürətdə turizmin payı var:

"Turistlərin hamısı tarixi abidələr, dənizlərə görə getmir bu ölkələrə. Həm də böyük miqyasda tibbi, təhsil ehtiyaclarını ödəmək üçün gedirlər. Böyük Britaniya təhsil turizmində qabaqcıl ölkələrdən biridir. Bu ideya da Azərbaycana gələn turistlərə bir ideya verəcək". 

Əkrəm Həsənov da qərara münasibətinin normal olduğunu vurğulayıb:



"Amma bilmirəm, xaricilər bizim hansı tibbi xidmətimizdən istifadə edir. Bu mənim üçün müəmmalıdır. Bir də başa düşmədiyim bir məsələ var, niyə ancaq bunu tibbi xidmətdə edirik?".

Bahar Rüstəmli

phrase_var_article.chosen
11
qaynarinfo.az

1phrase_var_article.sources