AZ

Azərbaycan nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib – FOTO

İtaliyaya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, eləcə də mədəniyyət və incəsənət nümayəndələri Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.

Dogru.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti abidənin önünə gül dəstələri düzüb.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Abidənin müəllifləri Xalq rəssamları Salxab Məmmədov və Əli İbadullayevdir.

DOĞRU.AZ

image-17346187573283753959_1200x630 image-1734618757310428321_1200x630 image-17346187571742018069_1200x630 image-1734618757308711977_1200x630

phrase_var_article.chosen
11
11
dogru.az

10phrase_var_article.sources