AZ

Evini muzeyə çevirdi - 59 ildir əşya toplayır - FOTOlar

Bursada yaşayan Mehmet Nail uşaqlıqdan bəri klassik avtomobillər və nostalji əşyalar toplamağa başlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 il ABŞ-da yaşadıqdan sonra 2014-cü ildə Bursaya qayıdan Nail 4 mərtəbəli evini "canlı muzey"ə çevirib.

Evində 1800-cü illərdən günümüzə qədər bir çox nadir əşyalar, 12 klassik avtomobil və yüzlərlə kolleksiya eksponatı var. Mehmet Nail topladığı əşyaları evinin müxtəlif otaqlarında nümayiş etdirir və bəzən bu məkanlar film çəkilişləri və toy fotoları üçün də istifadə edilir.

O, topladığı əşyalarla öz keçmişinə səyahət etdiyini və bu xatirələri yaşatdığını vurğulayır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

phrase_var_article.chosen
36
2
milli.az

3phrase_var_article.sources