AZ

Paşinyan: “Beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırıq”

“Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

Ermənistanın baş nazirinin sözlərinə görə, sülh müqaviləsi imzalanarkən Azərbaycan və Ermənistan arasında qarşılıqlı beynəlxalq iddiaların geri götürülməsi ideyasını “məqbul” hesab edir:

“Bir-birinə qarşı irəli sürülən iddiaların geri götürülməsinə gəlincə, sülh müqaviləsi imzalanarkən iki nüans nəzərə alınmalıdır. Onlardan biri odur ki, beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin ikitərəfli formatda həlli üçün aydın perspektiv olmalıdır, ikincisi isə aydın olmalıdır ki, digər məsələlər üzrə mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra, tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidirlər”.

Bizim.Media

Seçilən
32
4
bizim.media

4Mənbələr