AZ

ABŞ səfirliyi AzTV-nin tənqidinə cavab verib

Ötən bazar günü AzTV dövlət telekanalında ABŞ-ın Azərbaycana qarşı "zərərli" fəaliyyəti barədə növbəti süjet göstərilib.

Bu telekanalın direktoru bildirib ki, "son günlərini yaşayan Bayden administrasiyası "qorxaqlıq" nümayiş etdirərək Azərbaycana hücum etmək üçün insan hüquqları amilindən istifadə edir.

"Media adı altında fəaliyyət göstərən çoxillik şəbəkənizi məhv etdiyimizə qəzəblənirsiniz?",- AZTV-nin rəhbəri ABŞ dövlət katibi Blinkenə müraciət edərək deyib.

Bu ittihamlarla əlaqədar ABŞ-ın Bakıdakı səfirliyi öz səhifəsində aşağıdakı cavabı dərc edib:

“Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqqerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl "namərdlik" Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir?

Media Savadlılığı Həftəsi keçirilərkən unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir”.

phrase_var_article.chosen
2
2
hurriyyet.az

3phrase_var_article.sources