AZ

Baş məşqçisini tərifləmək istəmədi: “Anlayışla qarşılayarsız”

“Səbail” Cavid Hüseynovun rəhbərliyi altında ilk qolunu vura bilməsə də, ilk xalını qazandı.

Ötən həftə Şamaxıda yerli komanda ilə “dənizçilər” arasında buzlu meydanda baş tutan görüşdə komandalardan heç biri qapılara yol tapa bilmədi.

Halbuki, bu oyun kollektivi sonuncu pillədən xilas etmək üçün Cavid Hüseynovun adına əla imkan idi.

36 yaşlı çalışdırıcı görəvə gətirilən gündən bu yana “Səbail” onun rəhbərliyi altında 4 oyuna çıxıb və cəmi 1 xal qazanıb. Şahin Diniyevin dönəmindəki vəziyyət isə 12 oyunda 8 xal idi.

Bəs, Hüseynov nəyi dəyişib? Onun gəlişindən sonra nə kimi yeniliklər nəzərə çarpır?

Bayıl təmsilçisinin niderlandlı yarımmüdafiəçi Süleyman Alluş sualı bu cür cavablandırıb:

“İki fərqli insan, iki fərqli məşqçidir. Hərəsinin özünə görə iş planı, oyun fəlsəfəsi var.

Məşqlərin gedişatında və taktiki planda müəyyən dəyişikliklər var ki, bu da normaldır.

Bu mövzuda geniş danışmaq istəmirəm. Çünki üzərimə düşən iş deyil. Yəqin ki, anlayışla qarşılayarsız”.

Yeri gəlmişkən, Alluş bu ilin əvvəlində məhz Şahin Diniyevin razılığı sayəsində “dənizçilər”lə müqavilə bağlamışdı.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
31
sportinfo.az

1Mənbələr