AZ

Günlük kirayə evlərin məqsədi - BİABIRÇI MƏQAMLAR

Bakıda gündəlik mənzil kirayəyə verən mülkiyyətçilər əmlakları ilə bağlı müqavilə bağlamaqda maraqlı deyillər.

Milli.Az xəbər verir ki, üstəlik onlar üçün evlərdən hansı məqsədlə istifadə edilməsi də əhəmiyyət daşımır, təki qazanc olsun.

Vəkil Hikmət Əliyev bildirib ki, müqavilənin bağlanması təkcə vergidən yayınmanın qarşısını almaq məqsədi daşımır:

"Çünki bu müqavilədə şərtlər, tərəflərin hüquq və vəzifələri müəyyən edilir, gələcəkdə ola biləcək problemlərin hüquqi olaraq tənzimlənməsi mümkün olur. Müqavilənin olmaması tərəfləri əlverişsiz vəziyyətə sala bilər. Ehtimal edək ki, mənzili kirayə götürən şəxsin ehtiyatsızlığı ucbatından alt qonşunun evinə su axır, bunun nəticəsi olaraq həmin şəxsə zərər dəymiş olur. Belə olan halda mülkiyyətçi məsuliyyət daşıyır. Qonşu məhkəmədə iddia qaldırarsa, həmin zərər ev sahibindən tutulacaq. Amma əgər müqavilə bağlanmış olsaydı, mənzili kirayə götürəndən də zərərin tələb olunması halı mümkün ola bilərdi".

Vəkil vurğulayıb ki, belə hallarda ev sahibi hadisəni hüquqi yolla sübut edə bilmir. Bu da onun hüquqlarının pozulmasına səbəb olur. Odur ki, tərəflərin çətin vəziyyətə düşməməsi üçün hətta birgünlük kirayə üçün belə müqavilənin bağlanması zəruridir.

Kirayə verən şəxslərlə mənzillə bağlı danışdıqda onların bəziləri şəxsiyyət vəsiqəsi tələb edirlər, amma bu müqavilə üçün yox mənzilə gələn şəxslərin bəzən yetkinlik yaşına çatmayan şəxslə gəlməsi ilə bağlı olur. Ev sahibi deyir ki, 14 yaşlı qızla da gələnlər olur.  

Bütün bunlar ortaya kirayə müqaviləsi məsələsin gündəmə gətirir.

Ekspert Elnur Azadov Milli.Az-a bildirib ki, kirayə müqavilələrinin olmaması isə ciddi problemlərə səbəb ola bilər. İnsanlar ev alarkən və kirayə verərkən hüquqi məsələlərə diqqət etməlidirlər.

"Texniki avadanlığın xarab olması, borcun ödənilməməsi və digər çətinliklər kirayə verən şəxsin qarşılaşdığı problemlərdəndir. Kirayə alan şəxs müqavilə bağlamazsa, qiymət artımı və vaxtından əvvəl evdən çıxarılma kimi məsələlərlə qarşılaşa bilər. Eyni zamanda, əcnəbi vətəndaşlara kirayə verilən mənzillərin 90%-i qeyri-legaldır. Rəsmi müqavilə bağlananların əksəriyyəti xarici vətəndaşlarla bağlıdır. Qonaqların müvafiq müqavilələri olsa da, yerli vətəndaşlar vergi ödənişlərini etməkdən qaçırlar. Vergi faizi 14% təşkil edir, lakin bu, kirayə verənlərin cəmi 5-10%-nin vergi ödəməsinə səbəb olur. Əgər vergi faizləri aşağı düşsə, daha çox insan kirayə verməyi seçə bilər". 

Asya
Milli.Az

phrase_var_article.chosen
27
9
milli.az

10phrase_var_article.sources