AZ

Bölgə klubundakı qəribə tendensiyanın sirri nədədir?

"Neftçi" ilə son oyunda fasiləyə 0:2 geridə yollanan "Kəpəz" ikinci yarı tam fərqli oyun sərgilədi.

Bölgə komandası əlinə düşən fürsətləri dəyərləndirə bilsəydi, hətta yekunda qalib gələ bilərdi.

"Kəpəz"lə bağlı qəribə tendensiya artıq son bir neçə turda müşahidə olunur.

Kollektiv birinci hissə bərbad, ikinci yarı çox yaxşı futbolla yadda qalır.

Eyni meydanda eyni rəqibə qarşı eyni futbolçuların fərqli iki hissə keçirməsi nə ilə bağlıdır?

Görəsən, baş məşqçi Azər Bağırov bu barədə yetirmələri ilə hər hansı fərdi söhbət aparıb? Ümumiyyətlə, yaranmış durumun sirrini çözə bilibmi?

Sportinfo.az-a açıqlamasında təcrübəli mütəxəssis məsələ ilə bağlı bunları deyib:

"Müxtəlif səbəblər ola bilər. Hər oyundan öncə futbolçuların daha çox matça konsentrasiya olmasını istəyirik. Amma ortada insan faktoru var. Bəzən alına, bəzən də alınmaya bilər. Rəqiblərin birinci hissə daha ciddi yanaşması, daha çox pressinq etməsi bunda rol oynaya bilər.

Səbəblər çoxdur. Məsələn, bu mövsüm "Kəpəz" daha çox sonuncu pillədə yer alıb. Bu, əlavə təzyiq deməkdir. Sanki futbolçular birinci hissənin sonu və ya fasilədə həmin təzyiqi özlərindən uzaqlaşdıra bilirlər.

"Neftçi"yə qarşı oyunda fərdi səhvlərdən qollar buraxdıq. Belə texniki səhvlər hər oyunda baş verə bilər. Hər 5-6 oyundan bir komanda zəif çıxış edə bilər. Futbolda bu kimi şeylər olur və olacaq".

XANOĞLAN

Seçilən
23
sportinfo.az

1Mənbələr