“Nur şəhəri”nin təmsilçisi bu gün “Karvan”la səfər oyununda darmadağın oldu – 0:5. Aşkar autsayderin düşərgəsində problemlərin yaşandığı, hətta komandanın məşqə çıxmadığı da deyilir. Klubun mətbuat katibi Elnur Qasımovdan vəziyyətin nə yerdə olduğunu soruşduq:
“Məşqə çıxmamaq? Sadəcə, şayiədən başqa heç bir şey deyil. Bilmirəm bunu kim və niyə yayır? Belə söhbətlər bizim oyunlarımızdan qabaq tirajlanır. Kimə və nəyə xidmət etdiklərini bilmirəm. Hazırda komandamız aşağı yerlərdə olsa da, tam şəkildə məşqlərə çıxırıq. Daxildə heç bir problemimiz yoxdu”.
ƏSƏD SEYİDOV