AZ

Danimarka Ukraynaya 292 milyon dollar ayırır

Danimarka Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 292 milyon dollar ayırır.

"Sherg.az" TheKyivİndependent-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə naziri Troels Land Paulsen açıqlama verib. 

Qərar Rusiyanın Ukraynaya qarşı intensiv hücumları, o cümlədən dekabrın 13-də Ukraynanın enerji sistemini hədəf alan ən böyük hava zərbələrindən biri fonunda verilib.

“Hazırda Ukraynanın ən təcili ehtiyaclarından biri özünü Rusiyanın hava hücumlarından qorumaq qabiliyyətidir. Buna görə də biz hava hücumundan müdafiə üçün daha çox dəstəyə üstünlük veririk”,  - Paulsen bildirib.
phrase_var_article.chosen
13
sherg.az

1phrase_var_article.sources