AZ

Bəhrəmtəpə hidroqovşağının təmirinə ayrılan 11,8 milyon manat: 6 rayon suvarma ilə təmin ediləcək

Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında yaranmış qəza vəziyyətinin aradan qaldırılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən müəyyənləşdirilən vəsaitin həcmi açıqlanıb.

Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

İşlərin icrası üçün "Teymur-M" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11.843.596,64 AZN (11 milyon 843 min 596 manat 64 qəpik) məbləğində müqavilə bağlanıb.

Bu layihə, 1958-ci ildən istifadəyə verilən Bəhrəmtəpə hidroqovşağının fəaliyyətində yaranan qəza vəziyyətini həll etmək məqsədini güdür. Hidroqovşaq, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarını suvarma suyu ilə təmin edir.

Müqavilə bağlanan "Teymur-M" şirkəti 2009-cu ildən fəaliyyət göstərir və şirkətin qanuni təmsilçisi Vəliyev Saday Rəhim oğludur.

Seçilən
32
fins.az

1Mənbələr