AZ

UNEC Tədqiqat Fondunun əməkdaşları ölkə Prezidenti tərəfindən təltif olunublar

2024-cü il noyabrın 11-12-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə UNEC Tədqiqat Fondunun 12 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, UNEC-in rektoru professor Ədalət Muradov, fondun və universitetin əməkdaşlarının iştirakı ilə “Təşəkkürnamə”lərin təqdimolunma mərasimi keçirilib.

Tədbirdə professor Ədalət Muradov COP29-un Azərbaycanda keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayaraq, Azərbaycanın tarixi hadisəyə şahidlik etdiyini qeyd edib. Ə.Muradov COP29-da iştirak etmiş UNEC əməkdaşlarının fəaliyyətinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək, “Təşəkkürnamə”lərlə təltif olunmasından qürur duyduğunu xüsusi vurğulayıb, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov çıxış edərək, Tədqiqat fondunun fəaliyyəti, keçirilən layihələr, gələcək planlar haqqında danışıb. O, universitetdə tətbiq olunan yenilikləri yüksək qiymətləndirərək, fondun əməkdaşlarının böyük əksəriyyətinin UNEC məzunu olduğunu xüsusi vurğulayıb. F.Əmirbəyov ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edərək, təltifolunan əməkdaşları təbrik edib.

Sonda professor Ədalət Muradov UNEC Tədqiqat Fondunun 12 əməkdaşına “Təşəkkürnamə”ləri təqdim edib.

phrase_var_article.chosen
19
8
musavat.com

9phrase_var_article.sources