AZ

ABŞ Macarıstana güzəşt etdi, bəs Türkiyə?

ABŞ Budapeştin qaz pulunu ödəməyə davam etməsi üçün Macarıstana Qazprombank-a qarşı sanksiyalardan istisna verib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Nyu-Yorkda açıqlayıb.

Qeyd edək ki, Qazprombank noyabrın 21-də ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına salınıb. Bu, Rusiyadan qaz alan ölkələri, o cümlədən Macarıstan və Türkiyəni çətin duruma salıb. Hər iki ölkə ABŞ-dan qazpulunun ödənməsi üçün Qazprombank-a qarşı sanksiyada istisna olunmasını istəyib.

Dekabrın 18-də OFAC (Xarici Aktivlərə Nəzarət Ofisi, ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə cavabdeh bölməsi) nüvə enerjisi sahəsində sanksiyaya məruz qalmış Qazprombankın iştirakı ilə əməliyyatlara icazə verən və 30 iyun 2025-ci il tarixinədək qüvvədə olan lisenziyanı dərc edib.
Siyartonun açıqlamasından aydın olur ki, Macarıstanın müraciətini Vaşinqton müsbət cavablandırıb. Türkiyəyə münasibətdə də eyni addımın atılıb-atılmadığı hələlik məlum deyil.

 

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr