AZ

"Plazalar kralı" azadlığa buraxıldı

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb.

News24.az "Qafqazinfo"ya isitnadən xəbər verir ki, Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib.

Bu səbəbdən Qafar Dəmirçi və işçiləri barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar istintaq təcridxanasından sərbəst buraxılıblar.

Qeyd edək ki, “plazalar kralı” kimi tanınan Qafar Dəmirçi və şirkətinin işçiləri bir həftə əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.

İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.


phrase_var_article.chosen
15
40
news24.az

10phrase_var_article.sources