AZ

İsveçrə parlamenti Qarabağ həqiqətlərini ciddi təhrif edir

Beynəlxalq Avrasiya Mətbuat Fondu İsveçrə Parlamentinin Aşağı Palatasının dekabrın 17-də qəbul etdiyi bədnam “Dağlıq Qarabağ: Sülh Forumu” qətnaməsinə dair bəyanat yayıb. Sənəddə reallıqların təhrif olunduğu qətnamə mətnini ölkə ictimaiyyətnin ciddi narazılıqla qarşıladığı əksini tapıb.

Açıqlamada bildirilir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu sülhün təşviqinə yönəlmiş beynəlxalq təşkilat olaraq həmin qətnaməni regionda sülhün təşviqinə xidmət etməyən, əksinə, gərginliyi artırmaq riski yaradan addım kimi kəskin pisləyir. Qeyd edilir ki, bu qızışdırıcı və pozucu sənəd barışıq və qarşılıqlı anlaşmaya yönəlmiş səyləri zəiflədən birtərəfli mövqeni əks etdirir. 

Bəyanatda göstərilir ki, 2023-cü ildə münaqişənin həlli ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmiş və Qarabağ regionu işğaldan azad olunmuşdur. Bu nəticə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır. Lakin bəzi dairələrdə regionun reallıqları ilə bağlı narahatlıq doğuran məlumat çatışmazlığı mövcuddur. Müəlliflər işğal altında olduğu dövrdə Qarabağın xarabalığa çevrildiyi faktını gözardı edirlər. 

Bildirilir ki, son 30 ildə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ağır çətinliklərə məruz qalması ilə bağlı problemlər barədə çoxları məlumatsızdır. Ermənistanın törətdiyi Xocalı, Qaradağlı, Ağdaban kimi çoxsaylı qətliamlar və soyqırımlar diqqətdən kənarda qalmışdır. Belə laqeydlik regionun tarixi haqqında təsəvvürləri təhrif edir. 

Beynəlxalq Avrasiya Mətbuat Fondu sonda İsveçrəni neytrallıq və vasitəçilik ənənəsi ilə tanınan ölkə kimi bölgədəki gərginliyi artırmaq və ya yanlış anlamaları davam etdirmək əvəzinə, davamlı sülhə məqsədyönlü şəkildə töhfə verməsini təmin etməyə çağırır.

XQ

 

phrase_var_article.chosen
16
xalqqazeti.az

1phrase_var_article.sources