Bir qayda olaraq markalanmanı doldurulma və bağlanma əməliyyatlarından dərhal sonra, mümkün qədər tez həyata keçirmək lazımdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Əgər buna əməl etmək mümkün deyilsə qarışıq salma və səhv markalanmanın baş verməyəcəyinə zəmanət verəcək tədbirlər görülməlidir. İstər ayrıca texnoloji əməliyyat kimi, istərsə də qablaşdırma prosesində həyata keçirilən bütün çap əməliyyatlarının (seriya nömrəsi, yararlıq müddəti və s. kimi) düzgünlüyü ətraflı şəkildə yoxlanmalı və sənədləşdirilməlidir. Mütəmadi olaraq yoxlanılmalı olan əl ilə çap əməliyyatlarına xüsusilə diqqət edilməlidir.