AZ

Naməlum dronlar ABŞ hava limanları üçün böyük təhlükə yaradır

Bəzi ştatların səmasında görünən naməlum dronlar Amerika hava limanları üçün böyük təhlükə yaradır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Business Insider” hərbi ekspert Mark Kankiana istinadən məlumat yayıb.

“Mülki hava limanlarının yaxınlığında uçan pilotsuz təyyarələr təhlükəsizlik riski yarada və əməliyyatlara mane ola bilər. Bu, böyük hava limanının işində ciddi pozuntulara gətirib çıxara bilər və bütün ölkə üçün fəsadlar törədə bilər”, – ekspert hesab edir.

Bundan əlavə, onun sözlərinə görə, pilotsuz uçuş aparatları hərbi aerodromların təhlükəsizliyini də təhdid edir.

“Hərbi aerodromlar üçün ən böyük təhlükə casusluq və məxfi məlumatların icazəsiz açıqlanmasıdır”, – Kankian deyib.

Seçilən
13
1
nocomment.az

2Mənbələr