AZ

Macarıstan hakimiyyəti Zelenskini təxribatda ittiham etdi

"Ukrayna prezidenti Vladimir Zelenski Milad bayramında Rusiya ilə barışıq bağlamaq təklifinə cavab olaraq beynəlxalq arenada Macarıstana qarşı çirkin kampaniyaya başlayıb və təxribatla məşğuldur".

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "M1" telekanalına bildirib .

“Son günlər Ukrayna prezidenti beynəlxalq arenada bizə qarşı çirkin kampaniyaya başlayıb, bizi daim təxribatlara sürükləyib. Hesab edirəm ki, bu təxribata dözmək olmaz” - Siyarto deyib.

Siyarto vurğulayıb ki, Macarıstan Milad atəşkəsi təklif etməklə, atəşkəs üçün fürsət yaradaraq “xristian ölkəsi” kimi çıxış edib.

“Ukrayna prezidentinin bununla bağlı deyəcəklərini Ukrayna xalqı mühakimə edəcək”, - deyə nazir əlavə edib.


Müəllif: Arzu
Seçilən
39
teleqraf.com

1Mənbələr