AZ

“Azərbaycanla sərhəddə üçüncü qüvvələrə ehtiyac qalmayacaq”

“Delimitasiya prosesi başa çatdıqadan sonra orada üçüncü ölkələrin qüvvələrinin olmasına ehtiyac qalmayacaq”.

Bunu “ArmenPress”ə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik. Doğrusu da budur. Çünki delimitasiya nəticəsində sərhədin bu hissələrində eskalasiya riski xeyli azalır, hətta, minimuma düşür. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir”, - Baş nazir vurğulayıb.

Seçilən
28
2
sportinfo.az

10Mənbələr