Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Konqresinin Nümayəndələr Palatası müvəqqəti büdcə qanun layihəsini rədd edib.
Banco.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası yeni seçilmiş prezident Donald Trampın da dəstəklədiyi müvəqqəti büdcə layihəsini rədd edib ki, hökumətin bağlanmasının qarşısını almaq üçün Konqresin cümə günü gecə yarısına qədər vaxtı var.
Müvəqqəti büdcə layihəsi axşam saatlarında ABŞ Nümayəndələr Palatasında səsə qoyulub, 174 "lehinə" səsinə qarşı 238 "əleyhinə" səs verilib.
Seçilmiş prezident Trampın dəstəklədiyi və hökumətin mart ayına qədər maliyyə təminatını nəzərdə tutan və borc limitini 2 il müddətinə dayandıran qanun layihəsi bəzi respublikaçılarla yanaşı, demokratlar tərəfindən də qəbul edilməyib.