AZ

TAP biometanın nəqli perspektivlərindən danışıb (ÖZƏL)

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) mövcud infrastruktur daxilindəminimal texniki dəyişikliklərlə biometanın nəqlinə başlayabilər.

Bu barədə Trend-ə özəl müsahibəsində TAP-ın icraçı direktoru LukaSkiepatti məlumat verib.

“Biz hidrogen bazarının tələblərinə və müvafiq tənzimləməstandartlarına cavab vermək üçün səhmdarlarımız və əsastəchizatçılarımızla fəal işləyirik”, - deyə o bildirib.

Skiepatti həmçinin xatırladıb ki, Avropa Komissiyasının “QazPaketi” - Aİ qaz bazarının dekarbonlaşdırılmasına yönəlmiş bir sıraqanunvericilik islahatları keçən il qüvvəyə minib. Yeni qaydalaraəsasən, Aİ-yə üzv dövlətlərə direktivi milli qanunlarauyğunlaşdırmaq üçün 22 aya qədər vaxt verilir.

"TAP mövcud infrastruktur daxilində minimal texnikidəyişikliklərlə biometanı nəql edə bilər. Biz fəaliyyətgöstərdiyimiz ölkələrdə biometanla bağlı qanunların işlənibhazırlanmasını izləməyə davam edirik”, - deyə TAP-ın icraçıdirektoru əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAPvasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan vəBolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəqlolunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizivasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfəöz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyadatəbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışlaAzərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

X: @Lyaman_Zeyn

phrase_var_article.chosen
25
1
az.trend.az

2phrase_var_article.sources