AZ

Mərkəzi Bank altı sığorta şirkətinə icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) 6 sıorta şirkətinə icrası məcburi göstəriş verib.

Bu barədə Fins.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, həmin sığorta şirkətləri "Azsığorta", “Atəşgah Həyat”, "İpək Yolu Sığorta", "Xalq Həyat Sığorta", “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və "AzRe Təkrarsığorta" Açıq Səhmdar Cəmiyyətləridir.

Qeyd olunub ki, AMB tərəfindən həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı “Sığorta fəaliyyəti haqqında” qanunda müəyyən edilmiş sığortaçılarda korporativ idarəetmə ilə bağlı tələblərinin təmin edilməsi məqsədilə qanunun 102.2.8-1-ci maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.

Fuad Mədətov
Fins.az

phrase_var_article.chosen
10
4
fins.az

10phrase_var_article.sources