AZ

Çad hökuməti Fransaya vaxt verdi - Bir ay ərzində...

Çad hökuməti qoşunlarını ölkə ərazisindən çıxarmaq üçün Fransaya 2025-ci il yanvarın 31-dək vaxt verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın "RFI" radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, ötən gün məsələ ilə bağlı artıq rəsmi Parisə xəbərdarlıq olunub.

Adı açıqlanmayan fransalı hərbçi isə bu müddət ərzində min əsgər və külli miqdarda texnikanın Çaddan çıxarılmasının mümkünsüz olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 29-da Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarını açıqlayıb.

Dekabrın 5-də isə Çadın baş naziri hərbi əməkdaşlıqdan imtina barədə qərarın icrası üçün komissiyanın üzvlərini rəsmən təyin edib.


Müəllif: Ceyhun Ağazadə
phrase_var_article.chosen
18
teleqraf.com

1phrase_var_article.sources