AZ

İranda həbs edilmiş güney azərbaycanlı ictimai fəaldan xəbər yoxdur

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) bağlı təhlükəsizlik orqanı əməkdaşlarının həbs etdiyi ictimai fəal Yaşar Təbrizinin saxlandığı yerdən məlumat yoxdur.

Yaşar Təbrizinin teleqram kanalına istinadən xəbər verilir ki, bu barədə ailə üzvləri bildirib.

Məlumata görə, Sepah əməkdaşları onu telefonla görüşə çağırıb. Ailə üzvlərinə onunla görüşməyə icazə verilmir. Hətta telefonla qısa müddətə telefon əlaqəsinə belə şərait yaradılmır.

İnformasiyaya əsasən, Yaşar Təbriziyə qarşı irəli sürülən ittiham da məlum deyil.

Məlumata görə, ailə üzvləri – anası, həyat yoldaşı, uşaqları və başqa qohumları onun həyatından, səhhətindən narahatdır.

Qeyd edək ki, Sepah əməkdaşları Yaşar Təbrizini bir aydır həbs edib.

Mənbə: report.az

phrase_var_article.chosen
11
1
report.az

2phrase_var_article.sources