AZ

"Forbes" dünyanın ən çox qazanan qadın idmançılarının reytinqini açıqladı

Amerikalı tennisçi Koko Qauff 34,4 milyon dollar illik gəliri ilə 2024-cü il üçün dünyanın ən çox qazanan idmançıları reytinqinə başçılıq edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Forbes" məlumat verib.

Qeyd olunur ki, onun son titulu ona 4,8 milyon dollarlıq çek qazandırıb, lakin 20 yaşlı ulduz kortdan kənarda daha çox pul qazanır.

Qaufun sponsorluq portfelinə 11 titulun daxil olduğu bildirilir.

Reytinqdə 2024-cü il üçün 23,8 milyon dollar gəlirlə ikinci yeri 23 yaşlı polşalı tennisçi İqa Şventek, üçüncü yeri gəliri 22,1 milyon dollar olan çinli fristaylçı Eylin Qu tutub.

phrase_var_article.chosen
2
2
qaziler.az

3phrase_var_article.sources