AZ

Yeni texnologiya insan beyni ilə komputer arasında rabitə yaradacaq

Kopenhagen Neyrotexnologiya İnstitutunun alimləri insan beyni ilə kompüter arasında simsiz rabitəni təmin edə bilən düyü dənəsi böyüklüyündə miniatür sinir implantları yaradıblar.

KONKRET.az xəbər verir ki, implantlar qulaqlıq şəklində olan xüsusi qurğudan istifadə etməklə insan beyni ilə kompüter arasında simsiz əlaqə yaratmağa imkan verir. Yeni texnologiya sinir sistemində təbii prosesləri pozmadan məlumatların ikitərəfli ötürülməsini təmin edəcək. İnkişafın əsas xüsusiyyəti beynin müxtəlif hissələrində – həm korteksdə, həm də dərin strukturlarda çoxlu sayda mikrosensorların yerləşdirilməsinin mümkünlüyü idi. Tədqiqatın həmmüəllifi  Henning Björndahlın sözlərinə görə, sistem yüksək məlumat ötürmə qabiliyyətinə malik minimal enerji istehlakı ilə xarakterizə olunur: “Bizim texnologiyamız Parkinson xəstəliyindən tutmuş depressiv pozğunluqlara qədər geniş spektrli nevroloji xəstəliklərin tədqiqi və müalicəsində yeni üfüqlər açır. Bundan əlavə, ondan daha təkmil insan-kompüter qarşılıqlı interfeyslərinin yaradılması üçün istifadə oluna bilər”.

Vəli Həsənoğlu,

KONRET.az

Seçilən
12
konkret.az

1Mənbələr