AZ

Dərmandan zəhərlənən qadın öldü

Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.

"Cebheinfo.az" “Qafqazinfo” xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Əkbərova Minəxanım Hacı qızı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.

Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.

M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"

phrase_var_article.chosen
1
9
cebheinfo.az

10phrase_var_article.sources