AZ

Media savadlı olmaq üçün nə etməliyik?

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilən “Media Savadlılığı” Həftəsi davam edir.

Bəs media savadlı olmaq üçün nə etməliyik?

Media savadlı olmaq üçün məlumatı bir neçə mənbədən yoxlamağı,verilənləri təhlil etməli,etibarlı mənbə və məlumatlara əsaslan qərarlar verməliyik.

Adalet.az xatırladır ki, “Media Savadlılığı” Həftəsi bu il dekabrın 16-dan 22-dək keçiriləcək.

“Media Savadlılığı” Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Qeyd edək ki, hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.

phrase_var_article.chosen
0
31
adalet.az

10phrase_var_article.sources