"Aztelekom" MMC Minik nəqliyyat vasitələri üçün servis xidmətinə və ehtiyat hissələrinin alınmasına 3 milyon xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, şirkət bu məqsədlə "İdeal Motors" MMC və "Motor Clinic" MMC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, "Aztelekom" bu şirkətlərə ümumilikdə 3 014 897 AZN ödəyəcək.
Cabir Həsənov
Tarix: 20 Dekabr 2024, 10:30