Türkiyədə mebel sənayesinin tanınmış isimi Fatih Kıral ötən il işçilərindən birindən transplantasiya edilən böyrəklə həyata tutunmuşdu.
Publika.az xəbər verir ki, əməliyyatdan sonra böyrəyi sıradan çıxan Kıral bu gün dünyasını dəyişib.
2023-cü ildə böyrək çatışmazlığı səbəbindən çətin günlər keçirən Kıral bir müddət əvvəl yenidən xəstəxanaya yerləşdirilib. Köçürülən böyrəyinin sıradan çıxması nəticəsində dializə qoşulan iş adamı bu müddət ərzində səhhətində problemlər yaşayırdı.
Uzun müddət davam edən xəstəliyi ilə mübarizəyə son qoyan Kıral bu gün dünyasını dəyişib.