AZ

Dövlət Komitəsi tədbirlərin təşkili üçün 5 milyon manat ayırıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iki yeni tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, tenderlərdən biri Komitə tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin təşkili xidmətlərinin satın alınması ilə bağlıdır. Bu tenderin ilkin ehtimal olunan qiyməti 3 milyon 65 min 640 manatdır.

Komitə tərəfindən elan olunmuş digər tender uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətlərinin satın alınması ilə bağlıdır. Bu tendering ilkin ehtimal olunan qiyməti 1 milyon 853 min 190 manatdır.

İki tender üçün birlikdə ehtimal olunan qiymət 4 milyon 918 min 830 manat təşkil edir. Hər iki tender üçün təkliflərin son təqdim olunma tarixi 23 yanvar 2025-ci ildir.\\Valyuta.az

Seçilən
4
1
nocomment.az

2Mənbələr