AZ

“Bavariya”da Bekkenbauerin “5 nömrə”si əbədiləşdirildi

“Bavariya” rəhbərliyi gözlənilən qərarı verib: bundan sonra komandada heç kim “5” nömrəli formanı daşımayacaq.

Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. “5” nömrəli forma əfsanəvi futbolçu Frants Bekkenbauerin xatirəsi üçün istifadədən çıxarılıb. Klubun prezidenti Herbert Hayner bu haqdaaçıqlamasında belə deyib:

“Frants Bekkenbauer toxunulmaz olaraq qalacaq. O, əbədi olaraq bizim “Kayzer”imizdi. Onun vaxtilə geydiyi “5 nömrə”si unikal miras kimi qorunacaq. Çünki bizim klubumuz və klubumuzun tarixi Frantssız ağlasığmazdı”.

Xatırladaq ki, Almaniya yığması ilə dünya və Avropa çempionu olan Bekkenbauer bu il yanvarın 7-də 78 yaşında dünyasını dəyişib. O, XX əsrin ən yaxşı müdafiəçilərindən biri hesab edilir.

Əfsanəvi futbolçu “Bavariya”nın heyətində 4 dəfə ölkə çempionluğunu qazanıb, 2 dəfə “Qızıl top”un qalibi kimi Avropanın ən yaxşı futbolçusu seçilib.
Seçilən
8
football-plus.az

1Mənbələr