AZ

Parlamentdə atışma: bir deputat öldü, biri yaralandı - Abxaziyada

Abxaziya parlamentində baş verən atışma zamanı ölüm hadisəsi baş verib.

SeherXeber.org xəbər verir ki, cümə axşamı Abxaziya parlamentində deputatlar arasındakı əlbəyaxa dava sonda silahlı insidentə çevrilib. Belə ki, deputatlar Adqur Xarazia, Kan Kvarçi və Vaxtanq Qolandziya arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Sonda Xarazia silahdan bir neçə atəş açıb. Nəticədə Kvarçi və Qolandzia yaralanıb.

Abxaziya Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, deputatlar xəstəxanaya aparılsa da, deputat Vaxtanq Qolandzianın həyatını xilas etmək mümkün olmayıb. O başından aldığı ağır güllə yarasından dünyasını dəyişib. Digər deputat Kvarçi çiynindən yaralandığından həyatına təhlükə yoxdur.

Mürtəza

SeherXeber.org

phrase_var_article.chosen
1
3
seherxeber.org

4phrase_var_article.sources