Misirdə keçirilən D-8 təşkilatının 11-ci Zirvə Toplantısında üzvlüyün genişləndirilməsinə dəstək verilib və 2025-ci ildə zirvə toplantısına İndoneziyanın ev sahibliyi edəcəyi açıqlanıb.Yekun bəyanat Misirin paytaxtı Qahirədə keçirilən 11-ci İnkişaf etməkdə olan 8 Ölkə (D-8) Sammitindən sonra dərc edilib.Yekun bəyanatda sammitdə iştirak edən ölkələrin liderləri və nümayəndə heyətləri Qahirə Bəyannaməsi vasitəsilə D-8 Təşkilatının genişlənməsinə öz dəstəklərini ifadə ediblər və Azərbaycanın təşkilata tamhüquqlu üzvlüyünü alqışlayıblar.Liderlər D-8 Təşkilatına üzv dövlətlərə qarşı qlobal iqtisadi sabitliyə xələl gətirəcək, beynəlxalq hüquq prinsiplərini pozacaq hər hansı birtərəfli iqtisadi sanksiyalara qarşı olduqlarını bildirib və bu sanksiyaların ləğvini tələb ediblər.Bəyanatda liderlər sülh və davamlı inkişafı təşviq etmək və əməkdaşlıq, qarşılıqlı hörmət və firavanlıq dəyərlərinə əsaslanan daha davamlı və əhatəli gələcək qurmaq üçün birgə işləmək prinsipləri çərçivəsində əzmlərini vurğulayıblar, qardaşlıq, sülh, dialoq, ədalət, bərabərlik, qanunun aliliyi və demokratiya üçün ümumi inkişaf hədəflərini irəli sürməyə söz veriblər.D-8 ölkələri həmçinin fayda verən inklüziv və ədalətli inkişafı təşviq etmək üçün kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, elm və texnologiya, sənaye, kiçik və orta müəssisələrin inkişafı, infrastruktur, ticarət, investisiya və nəqliyyat da daxil olmaqla əməkdaşlığın prioritet sahələrində tərəfdaşlığı gücləndirmək məsələsi ilə bağlı qərarlı olduqlarını təsdiqləyiblər.Bəyanatda İndoneziyanın təşkilatın növbəti sədri kimi 12-ci Sammitə ev sahibliyi etmək təklifi alqışlanıb.Sammitdə D-8 üzvü olan Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan dövlət və hökumət başçıları, həmçinin Livanın Baş naziri Nəcib Mikati, Fələstin Prezidenti Mahmud Abbas və Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta