AZ

Ekran dili və nitqi haqqında yeni kitab

  Tanınmış telejurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin “Telviziyada dil və nitq situasiyası” adlı nəzəri oçerklərdən ibarət yeni kitabı (Bakı, “Füyuzat”, 2024) nəşr olunub. 
 
        Kitab görüntüyə əsaslanan televiziyada işlənən şifahi nitqin funksional-struktur xüsusiyyətləri və ekran dilinin özəlliklərinin araşdırılmasına həsr edilmişdir. Ədəbi dilin ekranda tətbiqi, sözün təsvirlə qarşılıqlı əlaqəsi, audiovizual səciyyə daşıyan ekran nitqinin ekstralinqvistik cəhətləri, dildənkənar situasiya, konsituasiya, müəllif mətninin linqvistik mahiyyətinin aşkara çıxarılması əsərdə əsas məqsəd olmuşdur.
 
         Araşdırmada ekrandakı şifahi sözün xüsusiyyətlərinə, telenitqin semantik-üslubi çalarlarına, nitqin konstruktiv prinsiplərini, ədəbi tələffüz və ekranda nitq mədəniyyəti ilə bağlı digər aktual problemlər də nəzərdən keçirilmişdir. 
 
         Kitabın elmi redaktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Teymuroğlu (Məmmədov) əsərə yazdığı ön sözdə göstərir ki, son illərdə Azərbaycan dilinin struktur inkişafı, danışıq dili və ədəbi dilimizin funksional üslubları, öyrənilsə də, mətbuatın, televiziya və radio dilinin öyrənilməsi sahəsində həll edilməmiş problemlər hələ də qalır.  Haqqında söhbət gedən problemin tədqiqi tanınmış jurnalist, analitik və araşdırmaçı Q.Məhərrəmlinin elmi yaradıcılığının əsasında dayanan mövzulardan biridir. “Yaxşı cəhətdir ki, Qulu müəllim həm teleradio işinin, həm də dilçiliyimizin elmi-nəzəri və praktik problemlərini dərindən bilən mütəxəssisdir. Yəni o eyni zamanda həm jurnalistikanın tədrisi, həm televiziya və radio yaradıcılığı, həm də Ana dilimizin praktik məsələlərinin tədqiqi ilə məşğuldur və bu sahədə ciddi elmi araşdırmalarını  davam etdirir”. 
 
    Dosent İ.Məmmədov əminliyini bildirir ki, elmi ictimaiyyətimiz professor Qulu Məhərrəmlinin bu dəyərli tədqiqat işini maraqla qarşılayacaqdır.
 
 
Moderator.az
 
phrase_var_article.chosen
15
2
moderator.az

3phrase_var_article.sources