AZ

Məhkəmə "12-ci imam"la bağlı qərar çıxarıb

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü "12-ci imam" kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Bu barədə Pravda.az saytı yazıb. 

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

"ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O özünü zühur etmiş "12-ci imam" kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb.


Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyib. Onun yaxınları hesab edirlər ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və "Hyundai Santa Fe" minik avtomobilindən gedir.

www.anews.az
Seçilən
11
25
anews.az

10Mənbələr