AZ

Ərdoğanın 15 gün içində Dəməşqə səfəri gözlənilir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edə bilər. Bu barədə “Türkiye Gazetesi” yazır.

Nəşr öz mənbələrinə istinadən yazır ki, Suriya Türkiyə prezidenti Ərdoğanın 15 gün ərzində səfərini gözləyir. Onun “Həyat Təhrir əş-Şam” (HTŞ) lideri əl-Culani, Suriya türkmənləri ilə görüşməyi və Əməvi məscidində namaz qılmağı planlaşdırdığı qeyd edilir.

Ərdoğanın təhlükəsizliyi üçün Həma, Homs və İdlib xətti boyunca təcili hava və quru qalxanı yaradılacaq. Bundan əlavə, Türkiyə radarları işə salınacaq və bütün hava hərəkətləri idarə olunacaq.

Ülviyyə, Hurriyyet.az

Seçilən
9
hurriyyet.az

1Mənbələr